Putin Ukraynanın 4 regionu ilə bağlı qanunu imzaladı
Prezident Vladimir Putin Rusiyaya yeni ərazilərin daxil olması ilə bağlı qanunları imzalayıb.
ENA.az Ria Novosti-yə istinadən xəbər verir ki, söhbət Ukraynadan qoparılan 4 regiondan gedir.
Vladimir Putin qondarma “Luqansk xalq respublikası”nın, qondarma “Donetsk xalq respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya qəbulu haqqında müqaviləni ratifikasiya edən federal qanunu imzalayıb.