Fransa prezidenti "boğazlı sviter dəbi"nə başladı: Avropa çətin qışa bu imiclə gedir
Avropada başlayan enerji böhranı səbəbindən sərt qışa hazırlaşan Fransada nazirlər uzun müddətdir qış geyimləri ilə pozalar verir. Fransa prezidenti Emmanuel Makron vətəndaşlarına “örnək” olmaq üçün boğazlı sviteri ilə kameralar qarşısına keçib. Hökumət vətəndaşların qənaət planına əməl etsələr, qışı elektrik enerjisi kəsilmədən keçirə biləcəklərini iddia etdikdən sonra müxalifətin və sosial medianın qəzəbi artır.
Belə görünür ki, fevralın 24-də başlayan Ukrayna müharibəsi bu il Avropanı soyuq və qaranlıq qışa məhkum edəcək. Rusiya prezidenti Vladimir Putinin qitəyə qazı əhəmiyyətli dərəcədə kəsməsindən sonra böyük enerji böhranı ilə üzləşən Avropa ölkələri gördüyü qənaət tədbirləri ilə bu qışdan çıxmağı planlaşdırır.
EKSPERTLƏR NARAHATDIR: QƏNAƏT KİFAYƏT ETMƏYƏ BİLƏR
Aİ ölkələrinin işıqlandırma və istiliklə bağlı gördüyü tədbirlər aylardır qəzet manşetlərində yer alır. Almaniya, Fransa və Danimarka kimi bir çox ölkə qış yaxınlaşdıqca tədbirləri artırsa da, ekspertlər qənaətin enerji böhranını aradan qaldırmaq üçün kifayət etməyəcəyindən narahatdırlar.
FRANSIZLARA "QƏNAƏT" ÇAĞIRIŞI
Bütün bu narahatlıqların ortasında Fransanın baş naziri Elizabet Born Avropada qaz qıtlığına baxmayaraq, ölkələrinin qışa hazır olduğunu iddia edib. Vəziyyəti çoxdan proqnozlaşdırdıqlarını və buna uyğun hazırlıq gördüklərini ifadə edən Baş nazir, "Vətəndaşlarımız enerjiyə qənaət planına qatılsalar, qışı elektrik kəsilmədən keçirə bilərik" deyərək vətəndaşlarına səsləndi.
Fransa prezidenti Emmanuel Makron dünən Yelisey sarayında çıxışı zamanı həmişəki kimi köynək və qalstuk yerinə qış gödəkçəsi geyinib. Fransa lideri daha sonra Almaniya kansleri Olaf Şolzla görüşündə sviterlə görüntülənib.
Makronun imici Fransa mətbuatında böyük əks-səda doğurub. Əksər media qurumları Makronun "sviter hərakatını başlatdı”, deyə başlıqlar tirajlanır. Fransa hökuməti çətin qış aylarında isitməyə qənaət etmək üçün vətəndaşlarına qalın geyinməyi tövsiyə edərkən, fransız nazirlər bir müddətdir pencək, puffer, sviter kimi qış paltarları ilə kameralar qarşısına çıxmağa başlayıb. Prezident Makronun bu tendensiyanı izləyərək öz vətəndaşlarına nümunə göstərməyə çalışdığı düşünülür.
"ÇÖRƏK YOXSA TORT YESİNLƏR?
Fransız nazirlər enerjiyə qənaət üçün “qış dəbi”nə başlasalar da, müxalifət bu məsələyə kəskin reaksiya verir. Parlamentdəki ən böyük müxalifət partiyasına rəhbərlik edən ifrat sağçı Marin Le Pen “Çörəkləri yoxdursa, qoy tort yesinlər” ifadəsini işlədib və “İsinə bilmirlərmi? Qoy kaşmir geyinsinlər”, deyib.