Bank

AMB-nin valyuta ehtiyatları artıb: NECƏ?

2022-ci il sentyabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 667,3 milyon dollar təşkil edir. Sentyabrda AMB-nin valyuta ehtiyatları 2,2% və ya 163,7 milyon dollaradək artıb.

AMB-nin məlumatına görə,2021-ci ilin sonuna AMB-nin valyuta ehtiyatlarının 7 milyard 75,4 milyon dollar təşkil etdiyini nəzərə alsaq, demək 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 8,4% artıb.

2021-ci ildə ümumilikdə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11,1% artıb. 

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları nəyin hesabına artıb, sualını versək, burada ENA.az olaraq bir neçə məqamı qeyd edə bilərik. Birincisi, təbii ki, Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının idarəedilməsi nəticəsində artıma nail olur. Bununla bağlı Mərkəzi Bank məlumat açıqlamadığından konkret rəqəm səsləndirmək çətindir. Digər tərəfdən valyuta ehtiyatları səbətində yer tutan valyutaların dəyərinin artması da nəticədə ehtiyatların həcminin qiymətləndirilməsinə təsir edir. Məsələn, https://www.marketwatch.com-a baxsaq, bu ilin sentyabr ayında dolların indeksi ən yüksək səviyyə göstərib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)