MALİYYƏ

Qazaxıstana rekord sayda rusiyalı gəlib

“Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra Qazaxıstana 200 mindən çox rusiyalı gəlib”.

Bunu Qazaxıstanın daxili işlər naziri Marat Əhmədcanov deyib.

Onun sözlərinə görə, həmin şəxslərin 147 mini Qazaxıstanı tərk edib.

Əhmədcanov qeyd edib ki, Rusiyada sentyabrın 21-i səfərbərlik elan olunduqdan sonra iki ölkə sərhədində tıxaclar yaranıb: “Buna baxmayaraq, dünəndən başlayaraq sərhəddə vəziyyət sabitləşib”.

Xatırladaq ki, Qazaxıstan DİN-in açıqlamasına görə, bir çox rusiyalı Qazaxıstanı digər ölkələrə getmək üçün tranzit ölkə olaraq istifadə edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)