"Rabitəbank"da - YENİ TƏYİNAT

“Rabitəbank” ASC-nin departamentlərindən birinə yeni direktor təyin edilib.
"BI" xəbər verir ki, bu barədə məlumatı Banka yaxın mənbə bildirirb.
Məlumata görə, 2008-ci ildən bankın sıralarına qatılan Fəxri Bağıyev Rabitəbank-ın Ticarət və Mikro Kreditlər Departamentinin direktoru təyin edilib. O, Bankın filial direktoru kimi çalışmış, 2017-ci ildən isə təyin olunduğu departamentdə direktor müavini kimi çalışırdı.
Qeyd edək ki, F. Bağıyev 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA-ni bitirib.