Peskov: “Kreml Ukraynanın NATO-ya daxil olmaq cəhdi ətrafında vəziyyəti diqqətlə izləyir”
Kreml NATO-nun Prezident Vladimir Zelenskinin Ukraynanın alyansa sürətlə daxil olması ilə bağlı bəyanatına reaksiyasını diqqətlə izləyir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O xatırladıb ki, məhz Kiyevin alyans üzvlüyünə istiqamətlənməsi və “Ukraynanın NATO-da gələcək üzvlüyünün təsdiqi” xüsusi əməliyyatın səbəblərindən biri olub.