Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı
![](https://ena.az/uploads/news/2022-10/_ena_984f8c5c30fee5132d19c6116_o.jpg)
Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.
ENA.az Musavat.com-a istinadən xəbər verir ki, danışıqların nəticəsi olaraq oliqarx deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.
Deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmasının üzvləri olublar.
Qeyd edək ki, oliqarx deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.