ENA+

Kassa çeklərində təhlükəli maddələr var – XƏRÇƏNG YARADIR

Vaxt keçdikcə yazıları silinən kassa çeklərində orqanizm üçün zərərli maddələr var.

"BI" xəbər verir ki, söhbət termal kağızdan hazırlanan çeklərdən gedir, onların tərkibində bisfenol-A maddəsi var. «The Daily Mail»in xəbərinə görə, çoxsaylı araşdırmalar göstərib ki, bu maddə  hormon asılılıqlı və onkoloji xəstəliklərə, sonsuzluğa, autizmə, piylənməyə və sair  mənfi hallara səbəb ola bilər.
Bir qədər əvvəl ekspertlər eyni narahatlığı tərkibində bisfenol-A maddəsi olan digər məhsullarla bağlı da səsləndirmişdilər. Həmin vaxt söhbət plastik su butulkaları və qida qutularından gedirdi. Ümumiyyətlə isə bu maddə daha geniş yayılıb və onu avtomobillərin hissələrində də tapmaq mümkündür.

Sonuncu araşdırma isə Qranada universitetində aparılıb. Bir neçə ölkədən olan alimlər Braziliya, İspaniya və Fransadan götürülmüş 112 kassa çekini araşdırıblar. Məlum olub ki, Braziliya və İspaniyadan götürülmüş çeklərin 90%-də bisfenol-A maddəsi var. Fransada isə bu maddə çeklərin yalnız yarısında aşkar edilib.

Mütəxəssislər xəbərdarlıq edir ki, çeklər əl əvə qidaya dəyməməlidir. Həmçinin onları uzun müddət saxlamaq da məsləhət deyil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)