TURİZM

Rus turistlərin ölkəyə girişinə qadağa qoydular!

Qəbul edilən qərarın rusiyalı turistlərin Finlandiyaya girişini və Finlandiya üzərindən tranzitini tamamilə əngəlləmək məqsədi daşıdığını bildirən Finlandiya xarici işlər naziri Pekka Haavisto, rusiyalı turistlərin Finlandiyaya gəlməyə davam etməsinin ölkənin beynəlxalq əlaqələrini təhlükə altına atdığını bildirib.

Finlandiyadakı rusların quru yolu ilə Aİ ölkələrinə keçməsi üçün körpü rolunu oynayan sərhəd qapıları Rusiya vətəndaşlarının quru yolu ilə Avropa İttifaqı (Aİ) ölkələrinə daxil olması üçün nadir keçid məntəqələridir.

Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə, Rusiyadan Aİ ölkələrinə uçuşlar həyata keçirilə bilmir, Aİ-nin Rusiya ilə həmsərhəd olan digər ölkələri keçidlərə icazə vermir. Sentyabrın 1-dən Finlandiya Rusiya vətəndaşlarına, o cümlədən turizm məqsədləri üçün verilən vizaların sayını normanın onda birinə endirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)