Azərbaycan məhsullarının ən böyük bazarı - RUSİYADIR
Avqustda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələr sırasında Rusiya birinci olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, yanvar-avqust aylarında Rusiyaya 527,6 milyon, Türkiyəyə 491,1 milyon, Gürcüstana 126,9 milyon, İsveçrəyə 117,7 milyon və ABŞ-a 60,1milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Avqust ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (65,5 milyon dollar) birinci olub. Bu siyahıda Türkiyə ikinci (28,9 milyon dollar) və Gürcüstan üçüncü (19,3 milyon dollar) olub.