Qarabağ

Dünən ölən üç ermənidən biri polkovnik-leytenantdır

Ermənistan Müdafiə Nazirliyi sentyabrın 28-də sərhəddə törədilmiş təxribat zamanı Azərbaycan tərəfinin cavab atəşi nəticəsində ölən üç hərbçisinin adını açıqlayıb.

ena.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölən hərbçilər polkovnik-leytenant Nahapet Marqaryan, serjant Ovannes Sukiasyan və sıravi Edvard Ovannisyandır.

“Ermənistan Respublikasının Müdafiə Nazirliyi ağır itki ağrısını bölüşür və hərbçilərin ailə üzvlərinə, qohumlarına başsağlığı verir”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ermənilərin dünənki təxribatı zamanı Azərbaycan Ordusunun bir əsgəri yaralanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)