"Qazaxıstanın Birinci Prezidenti Günü" ləğv edilib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstanın Birinci Prezidenti Günü” dövlət bayramının ləğv edilməsi haqqında qanunu imzalayıb.
ENA.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına kinematoqrafiya, mədəniyyət və bayramlar məsələləri ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” qanununu imzalayıb.
Qeyd edək ki, Qazaxıstan parlamentinn Aşağı Palatası “Qazaxıstanın Birinci Prezidentinin günü” bayramının ləğvi barədə qanun layihəsini qəbul etmişdi. Bu bayram dekabrın 1-də qeyd olunurdu.
Xatırladaq ki, Qazaxıstanıən birinci prezidenti Nursultan Nazarbayev olub. O, 1989-cu ildən 2019-cu ilədək Qazaxıstana rəhbərlik edib.