Dizayner işləmək istəyənlərin nəzərinə - İŞ VAR
Santral MMC işçi axtarır.
Dizayner
Vəzifə və öhdəliklər:
• Mövcud brendlər üzərində interyer dizaynlarını hazırlamaq;
• Showroom-da müştərilərə dizayn və interyer xidmətlərini göstərmək;
• İllüstrasiyaları və materialların eskizlərini tərtib etmək, rəhbərliklə müzakirə etmək və müvafiq dəyişiklikləri tətbiq etmək;
• Bədii və dekorativ effektlərin əldə edilməsi üçün müvafiq vasitələrdən istifadə etmək;
• Tərtibat prinsipləri və estetik dizayn konsepsiyaları əsasında dizayn, konsepsiya və nümunə tərtibatlarını yaratmaq;
• Əyani materialın ölçüsünü və quruluşunu müəyyən edib, üslubu və tipin ölçüsünü seçmək;
• Məhsulların şəkilləri, şirkətin loqotipləri və internet səhifələri üçün qrafika, foto şəkilləri və tərtibatları yaratmaq.
Namizədə olan tələblər:
• Qrafik dizayn sahəsində ən azı 1 il peşəkar iş təcrübəsi;
• Korporativ üslub, yeni marka, etiket hazırlama bacarığı olmalıdır;
• Adobe Illustrator, Adobe Photoshop, Corel Draw, After Effects, 3DS MAX proqramlarında peşəkar səviyyədə işləmə qabiliyyəti.
Şərtlər:
• İş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Dizayner” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@ffgroup.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.