Rəsmi

Prezidentlə xanımı Füzuliyə getdi - FOTO

Sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

ENA.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.

Azərbaycan Prezidenti burada çıxış edib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 





Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)