MALİYYƏ

Baş nazirdən Maliyyə Monitorinqi Xidməti ilə bağlı QƏRAR

Maliyyə Monitorinqi Xidmətinin nəzarət orqanlarının və müəyyən edilmiş digər orqanların (qurumların) informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi (alınan məlumatların dairəsinin) müəyyən edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

“Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının Əsasnaməsi” təsdiq edilibƏbülfəz Elçibəyin vəfatından 22 il ötürKənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi qaydası təsdiqlənib

Qərara əsasən, Maliyyə Monitorinqi Xidmətinin dövlət orqanlarının (qurumlarının) mövcud informasiya sistemlərində olan aşağıdakı məlumatlarından bu Qərarda göstərilən qaydada istifadə etmək hüququ təmin edilsin:

Daxili İşlər Nazirliyi üzrə:

-Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri, ümumvətəndaş pasportları barədə eyniləşdirmə məlumatları (soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodu, pasport nömrəsi);

-Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqələri barədə eyniləşdirmə məlumatları (soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodu);

-şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı barədə;

-axtarışda olan şəxslər barədə;

-cinayət törətməkdə şübhəli bilinən və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləş-dirilmiş fərdi uçotlarının əməliyyat – sorğu kartotekalarında mövcud olan eyniləşdirmə məlumatları;

-hüquqi və fiziki şəxslərə məxsus mexaniki nəqliyyat vasitələri barədə (nəqliyyat vasitəsinin növü, markası, modeli, tipi, dövlət qeydiyyat nömrəsi, sahibinin soyadı, adı, atasının adı və şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və FİN kodu).

Dövlət Sərhəd Xidməti üzrə:

– ölkəyə gələn və ölkədən gedən şəxslərin sərhədkeçmə nəzarəti və qeydiyyatı barədə eyniləşdirmə məlumatları;

-Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə eyniləşdirmə məlumatları.

Dövlət Miqrasiya Xidməti üzrə:

-əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə verilməsi, müvəqqəti olma müddətinin uzadılması barədə;

-əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazələrinin verilməsi barədə;

-Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan, habelə müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı barədə.

Ədliyyə Nazirliyi üzrə:

-şəxsin ailə vəziyyəti barədə;

-ərin (arvadın) fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı barədə;

-valideynlərin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı barədə;

-uşağın fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı barədə;

-şəxsin ölüm tarixi barədə;

-daşınmaz əmlakın alqı-satqısı ilə bağlı notariat hərəkətləri barədə;

-pul vəsaitlərinin, qiymətli kağızların, bank və ya qiymətli kağız hesablarının və ya digər əmlakın idarə olunması, habelə hüquqi şəxslərin yaradılması, onların idarə edilməsi və alqı-satqısı ilə əlaqədar notariat əməliyyatları barədə.

Dövlət Gömrük Komitəsi üzrə:

-rezident və qeyri-rezident şəxslər tərəfindən milli və xarici valyutanın, digər valyuta sərvətlərinin gömrük sərhədindən keçirilmə-sinə, eləcə də malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar valyuta əməliyyatlarına nəzarət barədə;

-gömrük orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən aşkar edilmiş hüquq pozuntuları barədə;

-fiziki və hüquqi şəxslərin idxal və ixrac əməliyyatlarına dair gömrük bəyannamələri barədə.

İqtisadiyyat Nazirliyi üzrə:

-hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış barədə (hüququ rəsmiləşdirilən şəxsin tam adı, hüququn növü, daşınmaz əmlakın növü, mülkiyyət növü, qeydiyyat tarixi, ümumi sahəsi və reyestr nömrəsi);

-daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının məhdudlaşdırılması (icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərinə həbs qoyulması, daşınmaz əmlaka dair tələblər), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədəolma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti barədə;

-vergi ödəyicilərinin eyniləşdirmə məlumatları barədə;

-vergi ödəyicilərinin əsas və digər fəaliyyət növlərinin adları barədə;

-hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə;

-vergi ödəyicisi olan hüquqi şəxsin qanuni təmsilçisinin (rəhbərinin) eyniləşdirmə məlumatları barədə;

-vergi ödəyicilərinin təsisçisi olduğu hüquqi şəxsin (şəxslərin) eyniləşdirmə məlumatları barədə;

-vergi ödəyicilərinin təsisçisi olduğu hüquqi şəxsin əsas və digər fəaliyyət növləri barədə;

-müşahidə şurası üzvlərinin adları;

-vergi ödəyicilərinin bank hesabları barədə;

-vergi ödəyicilərinin gəlirləri (xərclər çıxılmadan) barədə;

-vergi ödəyicisinin vergi ödənişləri barədə.

Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin daşınar əmlakın rəsmi reyestrləri üzrə:

-şəxsin adına qeydiyyata alınmış daşınar əmlakın adı və növü (fiziki şəxslərə məxsus olan kiçikhəcmli gəmilər, daşınar tarixi və mədəniyyət abidələri) barədə;

-daşınar əmlakın mülkiyyətçisi və onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər barədə;

-daşınar əmlaka mülkiyyət hüququnu və digər əşya hüquqlarını təsdiq edən sənədlər barədə;

-daşınar əmlak üzərində hüquqların məhdudlaşdırılmasını, başqasına keçməsini və bu hüquqlara xitam verilməsini təsdiq edən sənədlər barədə.

Dövlət İmtahan Mərkəzi üzrə:

-dövlət qulluqçusunun eyniləşdirmə məlumatları barədə (fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı);

-dövlət qulluqçusunun işlədiyi dövlət orqanının və vəzifəsinin adı, əmək fəaliyyəti barədə.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə:

-şəxsin işəgötürənləri, aylıq əməkhaqları, vəzifələri (peşələri), habelə işçi ilə əmək müqaviləsinin bağlanıldığı və əmək müqaviləsinə xitam verildiyi tarixlər barədə.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə:

-abunəçinin fərdi identifikasiya nömrəsi əsasında müəyyən edilən telefon (məftilli), sellülar (mobil) və simsiz telefon nömrələri;

-abunəçinin telefon (məftilli), sellülar (mobil), simsiz telefon nömrəsi əsasında müəyyən edilən fərdi identifikasiya nömrəsi.

Müəyyən edilib ki:

Maliyyə Monitorinqi Xidməti yuxarıda nəzərdə tutulan informasiyanı yalnız monitorinq olunmalı əməliyyat barədə mənbəyi məlum olan məlumatın araşdırılması zamanı onlayn qaydada əldə etmək üçün sorğu verir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əsaslandırılmış sorğu) və həmin informasiya resursunun sahibi olan dövlət orqanı (qurumu) bu sorğunu təxirə salınmadan cavablandırır;

Yuxarıda qeyd olunanların icrasının təmin edilməsi ilə əlaqədar xərclər Maliyyə Monitorinqi Xidmətinin büdcəsi hesabına həyata keçirilir.

Maliyyə Monitorinqi Xidmətinin bu Qərarda nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarına inteqrasiyası 1 (bir) ay müddətində təmin edilsin.

Bu Qərarda qeyd edilən dövlət orqanları (qurumları) öz səlahiyyətləri daxilində bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.

Qeyd edək ki, bu qərar “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanda dəyişikliklər edilməsi haqqında” fərmanın icrasını təmin etmək məqsədilə imzalanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)