Rəsmi

Əmlak Komitəsinin də səlahiyyətləri azaldıldı

Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla bir neçə dövlət qurumunun səlahiyyəti əlindən alınıb.

"BI" xəbər verir ki, bunlar Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi və Milli Arxiv İdarəsidir. 

Belə ki, əvvəllər  vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğumun, ölümün, nikahın, nikahın pozulmasının,övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi, notariat fəaliyyətini Ədliyyə Nazirliyi həyata keçirirdi. 

Şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsini Daxili İşlər Nazirliyi həyata keçirirdi.  

Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi,
fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsini Əmlak Məsələləri üzrə Dövlət Komitəsi təqdim edirdi.

Bundan əlavə, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatını Vergilər Nazirliyi, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsini Milli Arxiv İdarəsi, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulunu Dövlət Gömrük Komitəsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsini, şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılmasın, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınmasını Dövlət Miqrasiya Xidməti, əmək pensiyalarının təyin edilməsini Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi,  yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması,vətəndaşın hərbi qeydiyyatda olmasına dair arayışın verilməsi, vətəndaşa müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verildiyinə dair arayışın verilməsi, həqiqi hərbi xidmət keçmiş şəxsə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi, vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərildiyinə dair arayışın verilməsini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,  qida təhlükəsizliyi ilə bağlı əməliyyatların qeydiyyatı, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və müvafiq dövlət reyestrindən çıxarışın (onun dublikatının) verilməsi,qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında dəyişiklik edilməsi, qida təhlükəsizliyi sertifikatının verilməsi, Avropa İttifaqının yeyinti məhsullarının idxalı ilə bağlı tələblərinin icrasını həyata keçirmək məqsədilə həmin ölkələrə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə müvafiq sənədlərin (məlumatların) verilməsini Qida Təhlükəsizliyi Agentliyi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsini İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçriilir. 

Hazırda  isə bu səlahiyyətlərin hamısı Bakı şəhərində və Azərbaycanın digər inzibati ərazilərində fəaliyyət göstərən “Asan Xidmət” mərkəzlərində həyata keçiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)