Qazaxıstanın paytaxtının adı yenidən Astana oldu
Qazaxıstanın paytaxtı Nur-Sultanın məclisinin deputatları şəhərin yenidən Astana adlanması ilə bağlı təklifin lehinə səs veriblər.
ENA.az xəbər verir ki, məlumatı “Zakon” yayıb.
Bildirilib ki, məclisin katibi Yerlan Kanalimov 2019-cu ildə paytaxtın adının dəyişdirlməsi ilə bağlı şəhər sakinlərindən üzr istəməyə hazır olduğunu deyib.
Məlumata görə, Nur-Sultanın yenidən Astana adlanması ilə bağlı 17 təklif daxil olub. Sentyabrın 14-də parlamentin onomastika komissiyasının növbəti iclasında şəhərin adının yenidən Astana adlanması ilə bağlı yekdilliklə qərar qəbul edilib.
“Jana Kazaxıstan” parlament qrupu də şəhərinn adının qaytarılması ilə bağlı təklif sentyabrın 2-də irəli sürmüşdü. Məsələ ilə bağlı ölkə Konstitusiya layihəsinə uyğun dəyişikliyi edilib.
Qeyd edək ki, 2019-cu ildə paytaxt Astananın adı ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılmışdı.