BMT bu gün yenidən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək
BMT Təhlükəsizlik Şurası (TŞ) sentyabrın 15-də son günlər vəziyyətin ciddi şəkildə pisləşdiyi Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti müzakirə etmək üçün yenidən toplaşacaq.
ENA.az xəbər verir ki, bu, Təhlükəsizlik Şurasının çərşənbə günü dərc olunmuş iş proqramında qeyd olunub.
Çərşənbə günü sərhəddəki vəziyyət Şuranın qapalı məsləhətləşmələrində artıq müzakirə edilib, cümə axşamı müzakirələr açıq rejimdə keçiriləcək.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.