İcra başçısının birinci müavini nöqsanlara görə işdən çıxarılıb
Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsindən azad edilib.
Məlumata görə, bununla bağlı icra başçısı Araz Əhmədov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Hüseynov Məmmədhüseyn Rizvan oğlu vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlara görə icra başçısının birinci müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, M.Hüseynov 2020-ci ilin sentyabrın 3-dən bu vəzifədə çalışırdı.