Türkiyədən Gürcüstana keçmək istəyən Rusiya vətəndaşlarına rədd cavabı verilir
Bəzi Rusiya vətəndaşlarının Gürcüstan ərazisinə daxil olmasına izahatsız rədd cavabı verilir.
Bu barədə Rusiyanın Trabzondakı baş konsulluğundan bildirilib.
Məlumata görə, “Sarp” sərhəd-keçid məntəqəsi vasitəsilə Türkiyədən Gürcüstana keçmək istəyən Rusiya vətəndaşlarına rədd cavabı verilməsi ilə əlaqədar həftə ərzində bir neçə dəfə konsulluğa şikayət olunur.
“Təəssüf ki, Gürcüstan sərhədçiləri rədd cavabına izah vermirlər”, – deyə konsulluğun məlumatında bildirilib.
Bununla yanaşı, sentyabrda rədd cavabı alan Rusiya vətəndaşlarının sayının avqusta nisbətdə azaldığı bildirilib. Konsulluğun məlumatına görə, avqustda Gürcüstan sərhədçilərinin davranışları ilə bağlı şikayətlər gündəlik qaydada qəbul edilib.