Gündəm

Bazarda “Milla” brendi ilə çıxış edən şirkətə məxsus 9 tondan artıq məhsul məhv edilib

“AZ FP CO LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında 65 adda müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirmə poliqonunda məhv edilib.

ENA.az AQTA-ya istinadən xəbər verir ki, məhv edilmiş məhsulların ümumi çəkisi 9 246.59 kq təşkil edib. Onların istifadə müddəti bitib və istehlaka yararsız olublar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)