“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə təyinat olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində (ASCO) təyinat olub.
ENA.az xəbər verir ki, Maqsud Müslimzadə Daxili audit departamentinin direktoru təyin edilib.
Maqsud Müslimzadə 2021-ci ilin dekabrından Azərbaycan İnvestisiya Holdinqinn idarəetməsində olan “Təmiz Şəhər” QSC-nin Audit Komitəsinin sədridir və həmin vəzifəni hazırda da daşımaqdadır.
O, buna qədər isə “Bakı Sığorta” ASC, “Azsığorta” ASC, “Qala Sığorta” ASC və AİH-də departament rəhbəri vəzifələrində çalışıb.