Sosial iqtisadiyyat

ASAN Xidmət təmizlik işlərinə 2,6 milyona yaxın pul xərclədi - 1 GÜNDƏ 15 MÜQAVİLƏ

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  "ASAN Xidmət" mərkəzlərində gündəlik təmizlik işlərinə 2 milyon 582 min 525 manat xərcləyib.

 

"BI" xəbər verir ki, bu barədə müqavilələrin dövlət reyestrində məlumat verilib.   Müqavilələrdən 9-u   "Təmiz Servis" MMC ilə bağlanıb.  Şəki, İmişli, Mingəçevir, Masallı, Sabirabad, Gəncə  ASAN Xidmət mərkəzləri, eləcə də Bakıdakı 3 mərkəzin və Agentliyin təmizliyi bu şirkətə   həvalə edilib. 

 

Quba və Bərdədəki ASAN Xidmət mərkəzlərini isə "Servis Xidməti" MMC həyata keçirib.   Sumqayıt ASAN xidmət mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işləri "Klassik Era" MMC-yə tapşırılıb. 

 

Bakıdakı 4 və 5 saylı ASAN Xidmət mərkəzilərinin təmizlik işlərini "Super Servis" şirkəti reallaşdırıb. Bütün sadalanan müqavilələr 2018-ci il dekabrın 26-da imzalanıb.  

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department