Gündəm

Zelenski Rusiyanın itkilərini açıqlayıb

Ukrayna prezidenti Zelenski xalqa müraciətində Rusiyanın 200 günlük müharibədə itkilərini sadalayıb. Zelenski nitqi zamanı Ukrayna ordusunun mübarizəsini də yüksək qiymətləndirib.

ENA.az xəbər verir ki, Zelenski açıqlamasında belə deyib:

“Ordumuz 200 gündə düşmənin 2000-dən çox tankını, 4500 zirehli döyüş texnikasını, 1000-dən çox artilleriya sistemini, 250 təyyarəsini və 200 helikopterini, 100-ə yaxın insansız uçuş aparatını, 15 gəmi və qayığı ,minlərlə digər düşmən texnikasını məhv edib. Xüsusən də düşmənlərdən uğurla azad etdiyiniz Xarkov vilayətində, düşməni uğurla dəf etdiyiniz Donetsk vilayətində. Bu gün hər kəs Ukraynanın şimalında, cənubunda və şərqində hər kəs sizin necə döyüşdüyünüzü görür. Siz dünyaya təsir etdiniz. Düşmən panikaya düşür. Ukrayna öz ordusu ilə fəxr edir, ona inanır, onun üçün dua edir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)