Birja

Neft ucuzlaşır

Neft bazarı həftəni Çində karantin məhdudiyyətlərinin sərtləşdirilməsi fonunda azalma ilə açdı ki, bu da treyderlərin yanacağa tələbat perspektivləri ilə bağlı bədbinliyini artırdı.

Bazar iştirakçıları da Rusiya neftinin qiymətinə məhdudiyyət tətbiqinin potensial nəticələrini qiymətləndirirlər. Cümə günü məlum oldu ki, G7 ölkələri Rusiya Federasiyasından neftə dekabrın 5-dən, neft məhsullarına isə fevralın 5-dən qiymət həddi təyin etmək niyyətindədirlər.

Londonun ICE Futures birjasında bazar ertəsi saat 9:15-ə Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 91,45 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 1,39 dollar (1,5%) aşağıdır. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında oktyabr ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 85,3 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 1,49 dollar (1,72%) aşağıdır. 

Ötən həftənin yekunu üzrə Brent neftinin qiyməti 0,2%, WTI 0,1% ucuzlaşıb.

Bloomber yazır ki, "Dünyada tənəzzül qorxusu və Çində karantin məhdudiyyətlərinin gecikməsini nəzərə alaraq, neftə tələbatın zəifləməsi gözləntilərinin ön plana çıxdığı görünür".


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department