Gündəm

Rusiyanın daha 660 hərbçisi məhv edilib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın müharibə itkilərini açıqlayıb. 

ENA.az xəbər verir ki, son sutkada Rusiyanın 660 hərbçisi zərərsizləşdirilib.

Bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 51 900-ə çatıb.

Eyni zamanda Rusiyanın 2 122 tankı, 4 575 zirehli döyüş maşını, 1 237 artilleriya sistemi, 306 reaktiv yaylım atəşi sistemi, 159 hava hücumundan müdafiə sistemi, 239 təyyarə, 211 helikopteri, 888 PUA, 214 qanadlı raketi sıradan çıxarılıb.
Qeyd edək ki, bu Rusiya və Ukrayna arasında münaqişənin 197-ci günüdür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)