Gündəm

Dünyanın həyat səviyyəsi ən yaxşı olan ölkələri - SİYAHI

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən tərtib edilən İnsan İnkişafı İndeksinə əsasən, 2021-ci ildə dünyanın hər on ölkəsindən doqquzunda həyat səviyyəsi pisləşib.
ENA.az xəbər verir ki, yeni reytinqə əsasən, İsveçrə 2021-ci ildə 0,962 balla dünyanın ən inkişaf etmiş ölkəsi olub.

İkinci və üçüncü sıralarda Norveç (0,961) və İslandiya (0,959) qərarlaşıb.
Almaniya 2015-ci ildən bəri 5 pillə geriləyərək 0,942 balla 9-cu yerə düşüb.
1990-cı ildə indeksin ilk reytinqinə başçılıq edən ABŞ indi yalnız 21-ci yerdədir (0,921).
Rusiya (0,822)  siyahıda 52-ci, Ukrayna (0,773) isə 77-ci yerdədir. Gürcüstan 63-cü, Türkiyə və İran müvafiq olaraq 48-ci və 76-cı, Azərbaycan 91-ci  yerdədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department