Rusiyanın ehtiyatları daha 11 milyard dollar azalıb
Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 2022-ci il sentyabrın 1-nə 565,66 milyard ABŞ dolları təşkil edib ki, bu da avqustun əvvəli ilə müqayisədə 1,95% (və ya 11,244 milyard ABŞ dolları) azdır.
ENA,az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının məlumatlarında görmək olar.
Ötən il sentyabrın əvvəlinə Rusiyanın beynəlxalq ehtiyatları 618,181 milyard ABŞ dolları təşkil etmişdi.
Rusiya Bankı və hökuməti tərəfindən saxlanılan yüksək likvidli xarici aktivlər olan beynəlxalq ehtiyatlar xarici valyuta fondlarından, xüsusi borc almaq hüququndan, BVF-də ehtiyat mövqeyindən və monetar qızıldan ibarətdir.
Bundan əvvəl Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina söyləmişdi ki, Qərbin sanksiyaları nəticəsində Rusiyanın qızıl-valyuta ehtiyatlarının təxminən 300 milyard dolları dondurulub.