Gündəm

ABŞ Çinin logistika kanallarına hücum edə bilər

“Tayvana qarşı aqressiv addımlar atacağı təqdirdə ABŞ bu manevrləri çətinləşdirmək üçün Çinin logistika kanallarına hücum edəcək”.

Məlumata görə, bunu amerikalı general Klinton Haynot Atlantik Şurada keçirilən konfransda deyib.

General, həmçinin Çinin “potensial rəqib” kimi bu bəyanatı nəzərə alacağına ümid etdiyini də bildirib.

Haynot qeyd edib ki, ABŞ istənilən münaqişədə logistik komponentin nə qədər vacib olduğunu anlayır.

“İntensiv hərbi münaqişədə maddi-texniki dəstəyi təmin etmək çətindir”, - general əlavə edib.

Haynot vurğulayıb ki, ABŞ hazırda Çinin logistikasını dayandırmaq üçün bütün imkanlara malikdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)