Banklara 4 milyon az dollar satıldı - HƏRRAC
Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 69,4 milyon dollar satıb. Bu ötən hərracdakı tələbdən 4 milyon dollar azdır. AMB sentyabrın 1-də keçirdiyi hərracda banklara 73,5 milyon dollara xarici valyuta satıb.
"Çərşənbə axşamı hərracda banklar tərəfindən tələb 69,4 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracın nəticəsində manatın dollara nisbətdə orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib", - AMB bildirib.
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb. Hərraclar rəqabət şəraitində valyutanın birtərəfli satışı formasında keçirilir.
2022-ci ilin yanvar-avqust aylarında ARDNF valyuta hərraclarında 3 milyard 392 milyon dollar satıb və bu, 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 9,3% azdır.