BİZNES

Ölkədə “Gilan”ların sayı azalır – Şirkətlərin adları və rəhbərləri dəyişdi

“Gilan Holding” MMC ilə eyni ünvanda qeydiyyatda olan daha iki şirkətin adı dəyişib və artıq əmin şirkətlər “Gilan” brendində çıxış etmirlər.

ENA.az xəbər verir ki, adları dəyişdirilən “Gilan Dairy Farms” MMC və “Gilan İnşaat” MMC-dir.

Nizamnamə kapitalı 7 224 450 manat olan Gilan Dairy Farms” MMC bundan sonra “Qəbələ Aqropark” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi çıxış edəcək.

“Qəbələ Aqropark”ın direktoru da dəyişib. Sentyabr ayına qədər şirkətin direktoru Elşad Paşayev Nazim oğlu olduğu halda bundan sonra bu vəzifə Sərdar Hacıyev Fəxrəddin oğluna tapşırılıb. S.Hacıyev bu sahə üzrə altı ildir ki təcrübəyə sahibdir. O, 2016-cı ildən “Yalama Aqropark” MMC-də çalışır və son üç ili İdarə Heyətinin sədri kimi çalışır.

“Gilan İnşaat” MMC isə bundan sonra “1st Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyət göstərəcək. Adı dəyişdirilən şirkətə Asif Baxşəliyev rəhbərlik edir.

“Gilan” brendində olan şirkətlərin sayə son iki ildə əhəmiyyətli sayda azalıb. Son iki ildə 12 şirkət “Gilan” adından “imtina” etmiş olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)