Gündəm

ABŞ Kiyevə 11.7 milyard yardım ayıracaq

Bayden administrasiyası Konqresdən Ukraynaya yardım üçün 11,7 milyard dollar istəməyi planlaşdırır.

ENA.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Vəsaitin 2023-cü maliyyə ilinin birinci rübündə ayrılması istənilir. Pul hərbi və iqtisadi yardım üçün istifadə olunacaq.

Açıqlamada qeyd olunur ki, Bayden ABŞ-ın Ukrayna xalqına dəstəyini davam etdirəcəyini açıq şəkildə bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)