Nur-Sultanın yenidən Astana adlandırılması təklif edilir
![](https://ena.az/uploads/news/2022-09/_ena_bbfe0f97fae3fa6aa70ff8ae1_o.jpg)
Qazaxstan parlamentinin millət vəkilləri paytaxtın əvvəlki adının qaytarılmasını təklif edib.
ENA.az xəbər verir ki, "Yeni Qazaxıstan" partiyasının deputatları paytaxt Nur-Sultan şəhərinin yenidən Astana adlandırılmasını istəyir.
“İnsan həyatda olarkən onun adının bir şəhərə verilməsini yanlış hesab edirik. Xalq da paytaxtın yeni adını qəbul etməyib”, - deyə partiyadan bildirilib.
Xatırladaq ki, Qazaxıstanın paytaxtı 2019-cu ildən Nur-Sultan adlandırılıb.