Ram Holding işçi axtarır- MAAŞ 1300-1500 AZN
Maliyyə Nəzarəti üzrə Mütəxəssis
Son tarix 01 okt 2022
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil (Maliyyə, Mühasibatlıq, Audit)
- Maliyyə Nəzarəti, Audit, Risklərin İdarəedilməsi, Hesabatlılıq sahəsi üzrə ən azı 2 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Excel bilikləri – yüksək səviyyədə;
- Ezamiyyətlərə getməyə hazır olmalı.
Vəzifə öhdəlikləri:
- İllik yoxlama planına uyğun olaraq, Şirkətin səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsində iştirak etmək;
- Proseslərin analizi, qiymətləndirilməsi və çatışmamazlıqların aşkar edilməsi;
- Hesabatların təhlili;
- Maliyyə əməliyyatlarının uçotunun aparılmasına, müxabirləşmələrin müvafiq qaydada və vaxtında əks olunmasına, eyni zamanda sənədləşmə işlərinə nəzarət;
- Təchizatçılarla və alıcılarla hesablaşmalara nəzarət;
- Anbarlar üzrə hərəkətlərə nəzarət edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 1300 – 1500 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Çalışacağınız ünvan: Binəqədi rayonu, Mədən küçəsi 4, Neptun marketlə üzbəüz;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə nəzarəti üzrə Mütəxəssis” yazaraq hr@ram.az göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.