Sığorta

Zakir Nuriyev “Rabitəbank”da payını artırıb

“Rabitəbank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

ENA.az bu barədə Bankın yarım illik idarəetmə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, "Rabitəbank"ın səhmlərinin 27,04 %-nə nəzarət edən Validə Abbasova payını 20,13 %-ə endirib. Əvəzində digər səhmdarlar - Zakir Nuriyev payını 10,56 %-dən 14,45 %-ə, Seyran Nuriyev isə payını 11,48 %-dən 14,51 %-ə çatdırıb.

“Rabitəbank”ın səhmlərinin qalan hissəsi əvvəlki qaydada Rauf Əliyevə (40,6 %), Dilarə Nuriyevaya (9,11 %), Aslan Xasiyevə (1,07 %) və 12 hüquqi şəxsə (0,14 %) məxsusdur.

Səhmdarlardan R.Əliyev həm də "Rabitəbank"ın Müşahidə Şurasının üzvü və "Meqa Sığorta" ASC-nin 19 %-lik səhmdarı, Z.Nuriyev Müşahidə Şurasının sədri, S.Nuriyev Bankın baş direktoru, A.Xasiyev isə Müşahidə Şurasının üzvüdür.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)