Gündəm

Baş Qərargah: "Rusiyanın hərbi itkiləri 47 mini ötüb"

“Ukraynada Rusiya ordusunun daha 350 hərbçisi məhv edilib”.

ENA.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Eləcə də oxu: NATO Baş katibi: “Rusiya Arktikada sovet dövrünün bazalarını bərpa edir”

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 47 100-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 947 tank, 4 269 zirehli döyüş maşını, 1060 artilleriya sistemi, 279 reaktiv yaylım atəşi sistemi, 149 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 203 helikopter, 844 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 188 avtomobil texnikası və avtosistern, 101 xüsusi texnikadan ibarətdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)