Gündəm

ABŞ hərbi gəmilərinin Tayvan boğazından keçdiyi rəsmən təsdiqlənib

ABŞ-ın iki hərbi gəmisi bazar günü Tayvan boğazından keçid edib.

ENA.az xarici KİV-ə istinadla xəbər verir ki, gəmilərin boğazdan keçdiyini ABŞ-ın yeddinci donanmasının mətbuat xidməti rəsmən təsdiqləyib. Yayılan bəyanata görə, Antietam və Chancellorsville raket kreyserləri beynəlxalq sulara aid edilən dəhlizdən keçib.

“Bu, Birləşmiş Ştatların azad və açıq Hind-Sakit Okean regionuna sadiqliyini nümayiş etdirir. Amerika hərbçiləri beynəlxalq hüquqla icazə verilən hər yerdə uçur, üzür və hərəkət edirlər”, - deyə məlumatda qeyd olunur.

Amerika hərbi gəmilərinin keçidi barədə informasiyanı Tayvanın hərbi idarəsi də təsdiqləyib. Dəqiqləşdirilib ki, kreyserlər cənub istiqamətində hərəkət edib.

Boğazda müvafiq manevrlər avqustun 2-3-də ABŞ Konqresi Nümayəndələr palatasının spikeri Nensi Pelosinin Taybeyə baş tutmuş səfərindən sonra ilk dəfədir keçirilir. Həmin səfər Vaşinqton və Pekinin münasibətlərini son dərəcə kəskinləşdirib. Çin Xalq-Azadlıq ordusunun Şərq zonasının komandanlığı bununla bağlı bildirib ki, CXR Silahlı Qüvvələri yüksək döyüş hazırlığını saxlayır və “istənilən an istənilən təxribatın qarşısını almağa hazırdır

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)