Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT
Rusiya mediasında Azərbaycana qarşı növbəti dəfə təxribata yol verilib.
ENA.az xəbər verir ki, bu gün Prezident İlham Əliyevin Laçın şəhərinin, Sus və Zabux kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması, Azərbaycan Ordusunun Laçında yerləşməsi ilə bağlı bəyanatından sonra Duma TV-də “Dağlıq Qarabağda Azərbaycan ordusu yerləşdirilib” başlıqlı açıqlama dərc olunub.
Politoloq Nikita Buranov təxribat xarakterli açıqlamasında Azərbaycanın Qarabağı hərbi güclə "zəbt etdiyini" deyib.
“Təəssüflə bildirirəm ki, Azərbaycan Qarabağda öz gücündən istifadə edib. Azərbaycan hər zaman öz məqsədini aydın bildirib. Qarabağı zəbt etmək istədiyini bildirib.Təəssüflər olsun ki, son hadisələr göstərir və sübut edir ki, Azərbaycan istisnasız olaraq hərbi yolla buna nail olacaq. Bizim orada yerləşdirdiyimiz Rusiya sülhməramlıları da kifayət qədər gücə malik deyillər. Azərbaycan tərəfi heç bir güzəştə getmir və getməyəcək”, - məlum açıqlamada deyilir.
Qeyd edək ki, “Duma TV” Rusiya Dövlət Dumasının fəaliyyətini işıqlandırır.