Nazir: "Ukraynalılar il sonunadək xoş xəbərlər eşidəcəklər"
"Ukraynalılar ilin sonuna kimi cəbhədəki durumla bağlı yaxşı xəbərlər alacaqlar”.
ENA.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.
“Əlbəttə, bəzi məqamlar var. Lakin mən nikbinəm. Bu il bütün ukraynalıların xoş xəbərlər eşidəcəyinə dair ümidlərim var”, - o söyləyib.
Nazir bildirib ki, qələbə üçün digər ölkələrin də dəstəyi lazımdır: “Bizim özümüzü müdafiə etmək üçün iradəmiz, istəyimiz, hazırlığımız və qabiliyyətimiz var. Bizə başqa növ resurslar - silah, döyüş sursatı, pul lazımdır. Tərəfdaşlarımız bizimlə uzunmüddətli perspektivdə də işləməyə hazırdırlar”.