Britaniya Ukraynaya 2000 ədəd PUA verəcək
Böyük Britaniya Ukraynaya 63.5 milyon dollar məbləğində hərbi yardım ayırıb.
ENA.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paketə 2000 ədəd müşahidə tipli pilotsuz uçuş aparatları (PUA) daxildir. Hərbi yardımda tank əleyhinə sursatlar da mövcuddur.
"PUA-lar Ukrayna ordusunun işğalçı Rusiya qüvvələrini daha yaxşı izləməsinə və hədəf almasına imkan verəcək", - deyə açıqlamada bildirilir.
Consonun ofisi qeyd edib ki, Britaniya yeni hərbi yardım paketi çərçivəsində Ukrayna ordusuna 850 ədəd "Black Hornet" nano ölçülü PUA-lar verəcək. Bu sistemlər xüsusi olaraq şəhər və kəndlərdə istifadə üçün nəzərdə tutulub və yaxınlaşan düşmən qüvvələrini aşkar etməyə imkan verir.
Qeyd edək ki, Britaniyanın Baş naziri Boris Conson bu gün yenidən Kiyevə səfər edib.