Azərbaycan neft ixracını artırıb - 5 MİLYARD DOLLAR ƏLAVƏ QACANC

2018-ci ildə Azərbaycandan 15 milyard 719 milyon 482 min dollar dəyərində 29 milyon 498 min 337 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilib.
"BI" Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı miqdar ifadəsində 8%, dəyər ifadəsində isə 47% artıb.
2017-ci ildə Azərbaycandan 10 milyard 706 milyon 817 min dollar dəyərində 27 milyon 227 min 902 ton xam neft ixrac olunmuşdu. Neftin bahalaşmasına görə, bu il Azərbaycan neft ixracından 5 milyard 13 milyon dollar daha çox qazanıb.