Gündəm

Nüvə silahından istifadə etməyə hazıram - XİN başçısı

Böyük Britaniyanın xarici işlər naziri Liz Tras bildirib ki, lazım gələrsə, nüvə silahından istifadə etməyə hazırdır.

ENA.az-ın məlumatına görə, bu barədə TASS xəbər yayıb.

"Hesab edirəm ki, bu, Baş nazirin mühüm vəzifəsidir. Mən bunu etməyə hazıram", - Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Birmingemdə Mühafizəkarlar Partiyasının üzvləri ilə görüşdə nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)