Gündəm

Nüvə münaqişəsi riski ən yüksək həddə çatıb - BMT

Nüvə münaqişəsi riski son onilliklər ərzində ən yüksək həddə çatıb.

ENA.az xəbər verir ki, bunu BMT-ni baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

"Nüvə silahı olan ölkələr bundan istifadə etməyəcəklərini öhdələrinə götürməlidir. Bu ölkələr nüvə silahı olmayan dövlətləri onlara qarşı nüvə silahından istifadə etməyəcəklərinə və ya istifadə etməklə hədələməyəcəklərinə əmin etməli və şəffaf olmalıdırlar", - deyə A.Quterreş bildirib.

Quterreş vurğulayıb ki, bütün ölkələrin nüvə silahlarından azad dünyaya sadiqliklərini bir daha təsdiqləmələri və gərginliyi azaltmaq, eyni zamanda nüvə silahı yarışına birdəfəlik son qoymaq üçün səylərini əsirgəməmələri vacibdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)