"Krım körpüsü qanunsuz tikilib, bu cür obyektlər məhv edilməlidir"
"Krımdakı partlayışlar təkrarlana bilər".
ENA.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak “The Guardian” nəşrinə müsahibəsində deyib.
“Əlbəttə, yaxın 2-3 ay ərzində bu cür hadisələr daha çox ola bilər. Bu baxımdan Rusiya Müdafiə Nazirliyinin proqnozu ilə razıyam”, - o bildirib.
Podolyak həmçinin Krım körpüsünün hədəf olduğunu söyləyib: “Bu, qanunsuz tikilib. Həmin körpü Krımda Rusiya ordusunun əsas təchizat qapısıdır. Bu cür obyektlər məhv edilməlidir”.