Siyəzən Broyler işçi axtarır - VAKANSİYA
Kadrlar üzrə mütəxəssis
Son tarix 16 sen 2022
Tələblər:
- Yaş: 21-35;
- Təhsil: Ali təhsil;
- Təcrübə: Minimum 1 il;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməli;
- Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliyə malik olmalı;
- Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C programında işləmək bacarığı;
- Peşəkar ünsiyyət bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşində məsuliyyətli və dəqiq olmalı.
Vəzifə öhdəlikləri:
- İşçilərin şəxsi işlərinin formalaşdıraraq qaydaya salınması, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;
- İşçilərin əmək kitabçalarında vaxtında qeydlərin aparılması, onların qorunması, əmək stajının hesablanması, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışların verilməsi;
- İşçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət edilməsi;
- Məzuniyyət və əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün icra olunmasının təmin edilməsi.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00
- Ünvan : Siyəzən rayonu ərazisi
- Sumqayıt ərazisində yaşayalnara üztünlük verilir
- Əmək haqqı: 500-700 AZN
- Nahar və servis şirkət tərəfindən təmin olunur.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “Kadrlar üzrə mütəxəssis” qeyd edərək CV formasını cv@siyazantoyuq.az elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-500-54-12 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz