Gündəm

“Qazprom”: Avropada qazın qiyməti 4 000 dolları ötə bilər

Avropada spot bazarda qazın qiyməti 1 000 kubmetr üçün 2500 ABŞ dollarını ötüb.

ENA.az  Rusiyanın “Qazprom” şirkətinə istinadən verdiyi məlumata görə, hazırkı tendensiya davam edərsə, qışda qiymətlər min kubmetr üçün 4000 dollar səviyyəsini keçəcək. Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)