Kabel televiziyalarında problem yaranıb
![](https://ena.az/uploads/news/2019-01/_businessinsider_b5a3c8565147e1bf158c1261e_o.jpg)
Bu gün səhər saatlarından etibarən “ATV+” və “KATV – 1” kabel kanallarının efirində problem yaranıb.
"BI" xəbər verir ki, abunəçilər əksər kanallarının açılmadığını qeyd edirlər. Bu kanallar həm yerli, həm də xarici kanallardır.
“Qafqazinfo” məsələ ilə bağlı ATV+ kanalı ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, problemdən xəbərdardırlar: “Ola bilsin, hava şəraiti ilə əlaqədar Teleqüllənin işində problem yaranıb. Məsələ gün ərzində həll ediləcək”.