İran rus və erməni hərbçilərinə PUA təlimi keçib
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Kaşan aviabazasında Rusiya ilə birgə pilotsuz uçuş aparatları (PUA) təlimləri keçirildiyini təsdiqləyib.
ENA.az xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanının baş müşaviri, briqada generalı Əli Balali məlumat verib.
O əlavə edib ki, təlimlərdə Belarus və Ermənistan hərbçiləri də iştirak edir.
Dörd ölkənin 70-dən çox hərbi qulluqçusu üç gün ərzində hava kəşfiyyatı, hava dəstəyi və artilleriya atəşinin tənzimlənməsi, gecə kəşfiyyatı və fasiləsiz kəşfiyyat da daxil olmaqla beş mərhələdə təlimlər keçəcək.
Balali qeyd edib ki, təlim İranın sülh və dostluq mesajını çatdırmaq, təcrübə və hərbi nailiyyətləri digər ölkələrə ötürmək məqsədi daşıyır.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel avqustun 10-da Rusiya hərbçilərinin İranda PUA təlimləri keçirdiyini bildirib.