Ermənilər Laçında bu dəfə meşəni yandırdı - Video

Ermənilər Laçın meşələrinə od vurmağa başlayıb.
ENA.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, ermənilər avqustun 25-nə qədər Laçın şəhərini və ətraf kəndlərini boşaltmalıdırlar. Köç prosesi artıq başlanıb. Bir neçə gündür ki, ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videolar yayılır.