Gündəm

Trampın mülkündən 11 dəst məxfi sənəd tapılıb

Federal Təhqiqat Bürosunun (FTB) agentləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki evindən 11 dəst məxfi sənəd ələ keçiriblər.

ENA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, mülkdən sənədlər, fotoşəkillər və qeydlər olan 20-yə yaxın qutu çıxarılıb.

Müsadirə edilən sənədlər arasında Trampın keçmiş müşaviri Rocer Stounun əfv fərmanı, həmçinin “Fransa prezidenti” ilə bağlı bəzi məlumatlar var.

Ümumilikdə 11 dəst məxfi sənədlər müsadirə edilib ki, onların arasında “tam məxfi” kimi təsnif edilən materiallar da var. Nəşrin yazdığına görə, bu cür materiallar yalnız “xüsusi dövlət müəssisələrində” saxlanıla bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)